ABŞ
Tramp məhkəməyə verildi - Ağ Evdə girişlər onların üzünə bağlandı
ABŞ-ın CNN, MSNOW və "Politico" media qurumları jurnalistlərinin Ağ Evdə akkreditasiyasının ləğv edilməsindən sonra Donald Tramp administrasiyasını məhkəməyə verib.
Publika.az xəbər verir ki, bu barədə üç media qurumunun yaydığı birgə bəyanatda bildirilib.
Qeyd edilib ki, hökumətə qarşı iddia ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə təmin olunan hüquqların müdafiəsi və mətbuatın fəaliyyətinə hakimiyyət müdaxiləsinin qarşısının alınması məqsədi daşıyır.
ABŞ prezidenti Donald Tramp sentyabrın 18-də CNN, MSNOW və "Politico"nun Ağ Evdə fəaliyyətinə qadağa qoyub. O, sözügedən media qurumlarını “saxta xəbərlər” yaymaqda ittiham edib. Ertəsi gün isə həmin nəşrlərin jurnalistlərinin Ağ Ev kompleksinə girişinə icazə verilməyib, onların vəsiqələri deaktiv edilib və ya geri alınıb.
CNN, MSNOW və "Politico"nun məlumatına görə, Ağ Ev jurnalistlərin akkreditasiyasını əvvəlcədən xəbərdarlıq etmədən və müvafiq prosedurlara əməl etmədən ləğv edib. Media qurumları hesab edir ki, qərarın onların yayımladığı materiallardan narazılıqla əlaqələndirilməsi mətbuat azadlığı ilə bağlı ciddi suallar yaradır.
Müəllif: Adəm
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































