ABŞ
Süni intellektin inkişafını ləngitmək fikrində deyiləm - Tramp
ABŞ Prezidenti Donald Tramp süni intellekt texnologiyalarının inkişafının qarşısının alınmasına tərəfdar olmadığını və Vaşinqtonun bu sahədə liderliyini qorumasının vacibliyini bildirib.
Publika.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
Onun sözlərinə görə, ABŞ hazırda süni intellekt sahəsində Çin və digər ölkələri qabaqlayır və bu üstünlüyü qoruyub saxlamaq niyyətindədir.
“Mən sənaye inqilabından və hətta internetin özündən daha böyük təsirə malik olacaq bir texnologiyanın inkişafını ləngitmək fikrində deyiləm”, – ABŞ lideri qeyd edib.
Tramp bildirib ki, ABŞ bu məsələdə ehtiyatlı davranacaq. Onun sözlərinə görə, ölkənin Ədliyyə Nazirliyi və digər hüquq-mühafizə orqanları zərurət yaranacağı təqdirdə vəziyyətin tənzimlənməsi üçün müvafiq tədbirlər görəcək.
-
Nida Xəbər 12:56Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi












.jpg)
























