ABŞ
Netanyahu ABŞ-da cəmi bir gün qalacaq - Trampla görüşü baş tutmayacaq
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a yalnız bir günlük səfər edəcək. O, sentyabrın 24-də BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək.
Publika.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Məlumata görə, Netanyahunun ABŞ səfəri onun siyasi karyerasındakı ən qısa səfərlərdən biri olacaq. İsrail hökumətinin başçısı sentyabrın 24-də səhər saatlarında Nyu-Yorka çatacaq və saat 14:00-da (Bakı vaxtı ilə 22:00) BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək.
Bundan sonra Netanyahu ABŞ-da gecələmədən İsrailə qayıdacaq. Halbuki onun səfərinin ilkin olaraq sentyabrın 23-25-də keçirilməsi planlaşdırılmışdı.
Qəzetin məlumatına görə, Netanyahunun köməkçilərinin təşkil etməyə çalışdığı ABŞ prezidenti Donald Trampla görüş də səfər proqramına daxil edilməyib.
Müəllif: Adəm
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































