ABŞ
Tramp BMT tribunasında Kubanın "qələmini qırdı"
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında (BA) bəyan edib ki, Kubada hakimiyyət sistemi dağılır.
Publika.az xəbər verir ki, onun sözlərindən “İnterfaks” agentliyi sitat gətirib.
“Mənim administrasiyam kommunist rejimin öz tarixinin ən böyük təzyiqi altında olduğu Kubadakı vəziyyətdə köklü dəyişikliklər istəyir. Bu, tamamilə iflasa uğramış dövlətdir. O, əvvəlkindən daha çox dağılır və süqut edəcək”, – deyə Ağ Evin rəhbəri bildirib.
Bundan əvvəl ABŞ-nin dövlət katibi Marko Rubio Kuba hakimiyyətini respublika ərazisini Vaşinqtonun rəqibi olan ölkələrin kəşfiyyat xidmətlərinin nümayəndələrinə verməkdə ittiham etmişdi. Onun sözlərinə görə, Birləşmiş Ştatlar rəqiblərinin özlərindən 90 mil (~145 km) məsafədə kəşfiyyat xidmətinin əməkdaşlarını və ya hərbi bazalar yerləşdirməsinə yol verə bilməz.
Hüseyn İbadlı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































