ABŞ
Tramp-Zelenski görüşü başladı - VİDEO
Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (BMT BA) çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və onun amerikalı həmkarı Donald Tramp arasında görüş başlayı.
Publika.az xəbər verir ki, görüş Ağ Evin “YouTube” kanalı vasitəsi ilə yayımlanır.
Danışıqlar zamanı Tramp bəyan edib ki, Ukraynadakı münaqişənin tənzimlənməsi ilə bağlı qərar tapılacaq. Amerika lideri həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə daha bir görüş keçirə bilər.
Bir neçə saat əvvəl ABŞ-ın dövlət katibi Marko Rubio bildirmişdi ki, Tramp BMT Baş Assambleyasının meydançasında ukraynalı həmkarı ilə görüşü zamanı enerji infrastrukturu obyektlərinə zərbələrin dayandırılmasını müzakirə etmək istəyir.
Sentyabrın 20-də Zelenski Trampla “vacib” telefon danışığı apardığını bildirmişdi. Ukrayna lideri onların Nyu-Yorkda görüşmək barədə razılığa gəldiklərini açıqlamışdı.
BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri çərşənbə axşamı Nyu-Yorkda başlayır. Yaxın həftə ərzində təqribən 130 dünya lideri ümumdünya təşkilatının mənzil-qərargahında toplaşacaq.
Hüseyn İbadlı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































