ABŞ
Rusiyaya qarşı sanksiyalar sərtləşdirilə bilər - Araşdırma başladı
ABŞ Prezidenti Donald Tramp administrasiyanın Rusiya və İranın neft-qaz ixracına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunun tətbiqi imkanlarını araşdırdığını bildirib.
Publika.az xəbər verir ki, Tramp bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Biz, şübhəsiz ki, bunu araşdırırıq. Bu, çox sərt qanun layihəsidir”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp, həmçinin Çin Sədri Si Cinpinlə görüşündə Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar məsələsini müzakirə edə biləcəyini söyləyib.
Qeyd edək ki, sentyabrın 18-də Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. Sənəddə Rusiyanın ticarət tərəfdaşlarına, o cümlədən Rusiya neft və qazının əsas alıcılarına qarşı 100 faizə qədər tariflərin tətbiqi imkanları nəzərdə tutulur.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































