ABŞ
Trampın media qadağasına zərbə: Məhkəmə “CNN” və “Politico”nu Ağ Evə qaytardı
ABŞ-da federal məhkəmə prezident Donald Trampın “CNN”, “MSNOW” və “Politico” jurnalistlərinin Ağ Evə girişinə qoyduğu qadağanı dayandırıb.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, hakim qadağanın ABŞ Konstitusiyasını pozduğunu bildirib.
Qeyd edək ki, Tramp sözügedən üç media qurumunun Ağ Evə girişini qadağan etmişdi. Prezident onları “saxta xəbərlər” yaymaqda ittiham edib. Bundan sonra “CNN”, “MSNOW” və “Politico” ABŞ administrasiyasını məhkəməyə verərək bunun Konstitusiyanın söz azadlığını qoruyan Birinci Düzəlişinə zidd olduğunu bildiriblər.
ABŞ Ədliyyə Nazirliyi isə Trampın media nümayəndələrinin Ağ Evə girişinə öz mülahizəsinə əsasən icazə verməmək hüququnun olduğunu müdafiə edib. Nazirlik bu mövqeyini milli təhlükəsizlik məsələləri ilə də əlaqələndirib.
Məhkəmənin qərarına əsasən, qadağa işə mahiyyəti üzrə baxılana qədər qüvvədə olmayacaq. Jurnalistlərin Ağ Evə girişinin konkret nə vaxt bərpa ediləcəyi açıqlanmayıb.
Ağ Ev nümayəndələri qərarla bağlı hələlik şərh verməyiblər. Bundan əvvəl Tramp Ağ Evə girişinə məhdudiyyət qoyulan media qurumlarının siyahısının genişləndirilə biləcəyini demişdi. O, həmçinin qərarını ləğv edə biləcəyini də istisna etməmişdi.
Xatırladaq ki, Ağ Ev Müxbirlər Assosiasiyası da jurnalistlərə tətbiq olunan məhdudiyyətlərə dəfələrlə etiraz edib.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































