ABŞ
Daha bir ölkə səması İran üçün bağlandı - Xüsusi sərəncam olmasa...
Birləşmiş Ərəb Əmirlikləri sentyabrın 24-dən etibarən bütün İran aviaşirkətlərinin ölkəyə və ölkədən uçuşlarını dayandırıb.
Publika.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə BƏƏ-nin Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Qərar İran daşıyıcılarına bütün dünyadakı aeroportlara çıxışı qadağan edən ABŞ-ın qadağası ilə əlaqədar qəbul edilib. Məhdudiyyətlər xüsusi sərəncama qədər qüvvədədir və aviasiya əlaqəsinin bərpası barədə məlumatlar xəbərlər daxil olduqca dərc olunacaq.
İran aviaşirkətlərinin BƏƏ-yə bütün reysləri gecə yarısından etibarən ləğv edilib. “Iran Airtour” şirkətinin Tehrandan-Dubay reysi sərnişinlərin artıq bilet aldıqlarına baxmayaraq, uçuşa az qalmış ləğv olunub.
ABŞ Maliyyə Nazirliyi İranın aviasiya sektoruna qarşı sanksiyalar elan edib. Qərar 27 aviaşirkətə şamil edilib. Qurumun rəhbəri Skott Bessent xəbərdarlıq edib ki, iranlı daşıyıcılara yanacaq, eniş xidmətləri göstərən və ya bilet satan hava limanları və şirkətlər dollar maliyyə sistemindən təcrid olunmaq riski ilə üzləşirlər.
Amerika məhdudiyyətləri fonunda, həmçinin İran aviaşirkətlərinin Azərbaycan, Gürcüstan, İraq və Omana reysləri də ləğv edilib.
Hüseyn İbadlı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































