ABŞ
İrana qarşı hərbi əməliyyatlar - Senat qətnaməni rədd etdi
ABŞ Senatı Amerika silahlı qüvvələrinin Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatlarda iştirakına son qoyulmasını nəzərdə tutan qətnaməni rədd edib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Səsvermə zamanı təşəbbüs 49 əleyhinə, 50 lehinə səslə keçməyib. Hərbi səlahiyyətlər haqqında qanun çərçivəsində təqdim edilən bu sənəd, Konqres tərəfindən icazə verilmədiyi təqdirdə, Amerika qoşunlarının İrana qarşı döyüş əməliyyatlarından geri çəkilməsi demək idi.
İyul ayında Senat oxşar məzmunlu digər qətnaməni də dəstəkləyib. Həmin vaxt onun irəli sürülməsinə 47 senator səs vermiş, 49-u isə əleyhinə çıxıb. Bununla belə, ABŞ Nümayəndələr Palatası ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmaqla bağlı ayrıca qətnamə qəbul edib.
Bundan əvvəl Tramp Birləşmiş Ştatların və İranın Amerika konqresinə aralıq seçkilər keçirildikdən qısa müddət sonra sülh sazişi bağlayacağını bildirib.
Daha əvvəl Tramp Nyu-Yorkda İran prezidenti ilə görüşlə bağlı suala cavab vermişdi.
Hüseyn İbadlı
-
Magazin122:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı















.jpg)
.jpg)





















