ABŞ
Trampın “Bu avtomatik qələm…” sözləri Cinpini güldürdü - VİDEO
Çin Prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdəki “Prezident Şöhrət Yolu”nu gəzərkən Co Baydenin portretinin yerinə yerləşdirilmiş avtomatik qələm təsvirini görüb.
Publika.az xəbər verir ki, Tramp Si Cinpinə həmin görüntüyü işarə edərək “Bu avtomatik qələm… Co Bayden” deyib.
Si Cinpinin bu sözlərdən sonra gülümsədiyi və Trampla birlikdə gülüşdüyü anlar kameralara düşüb.
Sözügedən bölmədə keçmiş ABŞ prezidentlərinin portretləri yer alsa da, Baydenin yerinə imza atan avtomatik qələm fotosundan istifadə olunur.
Tramp dəfələrlə iddia edib ki, Bayden prezidentliyi dövründə siyasi qərarların qəbulunda guya birbaşa iştirak etməyib və bəzi fərmanlar onun şəxsi iştirakı olmadan avtomatik qələmdən istifadə edilməklə imzalanıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Avropa15:33Fransada kütləvi iğtişaşların vurduğu ziyan açıqlandı
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
İdman14:25Rusiyalı məşqçi Niderlandda qalmaqal yaşadı: "Bütün gecəni dişlədilər!" - VİDEO
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki
-
Yaxın Şərq12:44İran: ABŞ və İsrailə qarşı daha dağıdıcı plan hazırlamışıq
-
Ekologiya12:16Sabahın hava proqnozu açıqlandı







































