ABŞ
Tramp Zelenskiyə müraciət etdi - “Bilirsiniz, mən ondan nə istəyirəm?”
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini Rusiya ilə sülh razılaşmasına nail olmağa çağırıb.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Mən Zelenski ilə bir çox müxtəlif mövzularda razılığa gəlmişəm və bu məsələlərin bir çoxunda bizim aramızda çox böyük razılıq var. Amma bilirsiniz, mən ondan nə istəyirəm? İstəyirəm ki, o, razılaşma əldə etsin. İstəyirəm ki, o, Putinlə danışıqlar aparsın”, – deyə Ağ Evin rəhbəri bildirib.
Bir gün əvvəl Putin mətbuat nümayəndələri ilə söhbəti zamanı Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların bərpasına dair Moskvanın mövcud mövqeyindən danışıb. O qeyd edib ki, Rusiya seçkilərdən sonra danışıqlarda iştirak etməyə hazır idi, lakin Ukrayna Silahlı Qüvvələri Rusiya paytaxtına və seçki məntəqələrinə hücum ediblər.
Sentyabrın 24-də Zelenski bildirmişdi ki, G20 sammitində Putin və Trampın iştirakı ilə mümkün üçtərəfli görüş Ukrayna münaqişəsinin nizamlanması səyləri kontekstində real nəticələrə gətirib çıxara bilər.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq































