ABŞ
Onlar Trampın təyyarəsinə minə bilmədilər - Ağ Evin qərarı qətidir
Amerika administrasiyası CNN jurnalistlərinin Tennessiyə uçuş zamanı prezident Donald Trampın təyyarəsinin göyərtəsində olmasına icazə verməyib.
Publika.az xəbər verir ki, bu barədə telekanalın özü məlumat yayıb.
Qeyd edilib ki, jurnalistlər qrupu siyasətçinin yerli kollecdə futbol matçına səfərini işıqlandırmalı idi. Lakin bir gün əvvəl onlar göyərtədə olmaqdan imtina edildiyini öyrəniblər.
Sentyabrın 18-də Tramp CNN, “MS NOW” telekanallarını və “Politico” nəşrini Ağ Evə giriş hüququndan məhrum etmək qərarına gəlib. Siyasətçi qeyd edib ki, onların ardınca digər KİV-lər də gedə bilər. O, göstərilən telekanalları və nəşri “yalançı” adlandırıb, çünki onlar onun administrasiyası haqqında saxta xəbərlər yazırlar. “CNN”, “MS NOW” və “Politico” məhkəmə vasitəsilə Ağ Evə müvəqqəti olaraq qayıtmağa nail olublar. İki həftə ərzində məhkəmə işi daha ətraflı öyrənmək niyyətindədir.
Hüseyn İbadlı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































