ABŞ
Hörmüz boğazından görün hər gün nə qədər neft keçir...
Hazırda Hörmüz boğazından gündə təxminən 13 milyon barel neft keçir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Kris Rayt "Fox News"a verdiyi müsahibədə məlumat verib.
Onun sözlərinə görə, Amerika ordusu boğazdan neft, qaz, neft məhsulları və gübrələrin daşınmasını asanlaşdırır.
"Ötən həftənin bir günündə boğazdan 20 milyon bareldən çox neft keçib ki, bu da münaqişədən əvvəlki səviyyədən çoxdur", - Rayt deyib.
Böyük Britaniyanın Ticarət Gəmiçiliyi İdarəsi (UKMTO) daha əvvəl Hörmüz boğazında kommersiya gəmiçiliyinin ABŞ-İran münaqişəsindən əvvəlki səviyyələrdən təxminən 75% aşağıda qaldığını bildirmişdi.
Sentyabrın 26-da ABŞ Prezidenti Donald Tramp İranın yeddi günlük atəşkəs və Hörmüz boğazının açılması təklifini rədd edib. "The Wall Street" Journal qəzetinin məlumatına görə, o, noyabr ayında keçiriləcək konqres seçkilərindən sonra hücumların bərpa olunacağını gözləyir.
Hüseyn İbadlı
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































