ABŞ
ABŞ İranla danışıqların növbəti raundunu keçirəcək - Bu tarixdə
ABŞ gələn həftə İranla danışıqların növbəti raundunu keçirəcək.
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios” nəşrinə müsahibəsində deyib.
Tramp bildirib ki, Tehran razılaşma əldə etmək istəyir, lakin İranın irəli sürdüyü şərtlər Vaşinqton üçün qəbuledilən deyil.
“Vaşinqton İslam Respublikasının irəli sürdüyü şərtlərlə bəlkə də bir il əvvəl razılaşa bilərdi. Onlar öz imkanlarını həddindən artıq yüksək qiymətləndirdilər”, – deyə ABŞ Prezidenti bildirib.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın ABŞ ilə münaqişənin diplomatiya yolu ilə həlli üçün əsas görmədiyini, lakin sülh naminə danışıqlara hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, İranın əsas şərtləri arasında 8 ay əvvəl başlayan müharibənin dayandırılması, dondurulmuş aktivlərin blokdan çıxarılması və dəniz blokadasının ləğvi yer alır.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































