ABŞ
Tramp süni intellektlə bağlı mühüm açıqlama verəcək
ABŞ Prezidenti Donald Tramp sentyabrın 28-də Ağ Evdə süni intellektlə bağlı açıqlama verəcək.
Publika.az xəbər verir ki, Tramp bunu İllinoys ştatının Çikaqo şəhərindən Vaşinqtona qayıtdıqdan sonra Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ Prezidentinin iş qrafikinə əsasən, açıqlamanın Bakı vaxtı ilə saat 22:00-da verilməsi planlaşdırılır.
Jurnalistlər Trampdan açıqlamada hansı məsələlərin gündəmə gətiriləcəyini soruşublar.
“Bildiyiniz kimi, çərşənbə axşamı ‘Anthropic’ ilə görüşümüz var. Bu, vacib olacaq. Bu gecə isə ‘Anthropic’in rəhbəri Dario Amodei ilə şam yeməyi yeyəcəyəm”, – deyə Tramp bildirib.
Dario Amodei daha əvvəl süni intellekt texnologiyalarına nəzarətin itirilməsinin bəşəriyyət üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib. O, həmçinin “Anthropic”in texnologiyalarının təhlükəsizliyini təmin etmək məqsədilə süni intellektin inkişafını zəruri olduğu halda yavaşlatmağa hazır olduğunu açıqlayıb.
Tramp isə süni intellektin inkişafına məhdudiyyət qoyulmamasını müdafiə edir.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































