ABŞ
FTB-nin direktor müavini istefa verdi
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktor müavini Endryu Beyli bir ildən çox tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Beyli bu barədə “X”də yazıb.
O, FTB-də çalışmaq imkanı yaratdıqları üçün ABŞ Prezidenti Donald Trampa, baş prokuror Todd Blanşa və FTB direktoru Keş Patelə təşəkkür edib.
Beyli bildirib ki, vəzifədən ayrılaraq Missuridə yaşayan ailəsinin yanına qayıdacaq. O, həmçinin Keş Patelin FTB-də islahatları davam etdirəcəyinə, cinayətkarlıqla mübarizə aparacağına və ictimaiyyətin quruma etimadını bərpa edəcəyinə əmin olduğunu vurğulayıb.
Qeyd edək ki, Beyli bundan əvvəl Missuri ştatının baş prokuroru vəzifəsində çalışıb. FTB direktorunun müavini kimi o, seçkilərlə bağlı araşdırmalara nəzarət edib və 2020-ci il prezident seçkiləri ilə bağlı Corciya ştatının Fulton dairəsində bülletenlərin müsadirə olunması əməliyyatında iştirak edib.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































