ABŞ
Heqset ABŞ Silahlı Qüvvələrində generalları “HƏDƏFƏ ALDI”
Pentaqon rəhbəri Pit Heqset çərşənbə günü ABŞ Silahlı Qüvvələrinin vəziyyəti ilə bağlı çıxışında ABŞ hərbi idarəsində genişmiqyaslı kadr dəyişiklikləri çərçivəsində general və admiralların sayının 20 faiz azaldılacağını açıqlayacaq.
Publika.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Telekanalın tanış olduğu xidməti qeydlərə əsasən, Heqset sentyabrın əvvəlində ABŞ Quru Qoşunlarında, Hərbi Dəniz Qüvvələrində, Hərbi Hava Qüvvələrində və ehtiyat qüvvələrdə general heyətinin sayının azaldılmasına dair planlarını təsdiqləyib.
Gözlənilir ki, Heqset çərşənbə günü Virciniya ştatının Quantiko bazasında çıxışı zamanı qarşıdakı il üçün Silahlı Qüvvələrin prioritetlərini açıqlayacaq. Təqdim edəcəyi dəyişikliklər arasında komandanlıq vəzifələrinin sayının azaldılması da olacaq.
Yeni hədəf Heqsetin ötən il ali komandanlıq strukturunun optimallaşdırılmasına yönəlmiş səyləri çərçivəsində general və admiralların ümumi sayının 10 faiz azaldılması barədə verdiyi əvvəlki göstərişdən iki dəfə çoxdur. Həmin göstərişdə, həmçinin, ayrıca olaraq həqiqi hərbi xidmətdə olan dördulduzlu generalların və Milli Qvardiya generallarının sayının 20 faiz azaldılması nəzərdə tutulurdu.
Heqset bu səyləri “daha az general, daha çox əsgər” adlandıraraq bildirib ki, yüksək rütbəli qərargah vəzifələrinin sayının azaldılması resursların və səlahiyyətlərin döyüş əməliyyatlarının aparıldığı ərazilərə daha yaxın olan qoşunların maraqları naminə yönəldilməsinə imkan verəcək.
ABŞ Müdafiə Nazirliyindəki mənbənin sözlərinə görə, yeni ixtisarlar hazırda bu vəzifələrdə çalışan zabitlərin sayının hər yerdə 20 faiz azaldılmasını deyil, general və admirallar üçün nəzərdə tutulmuş vəzifələrin sayının azaldılmasını nəzərdə tutur. Mənbə qeyd edib ki, ən azından bəzi vəzifələr tamamilə ləğv edilməyəcək, sadəcə onların rütbəsi aşağı salınacaq.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































