ABŞ
Trampdan inqilabi fərman - Süni intellekt belə adlandırılacaq
ABŞ Prezidenti Donald Tramp federal hökumətin terminologiyasında “süni intellekt” (Sİ) anlayışının əvəzinə “superintellekt” termininin istifadə edilməsini nəzərdə tutan fərman imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Fərmana əsasən, federal qurumlar tərəfindən istifadə olunan terminologiya texnologiyaların imkanlarını və onların inkişaf perspektivlərini əks etdirməlidir. Sənəddə bildirilir ki, “superintellekt” termini müvafiq texnologiyaların potensialını və sürətlə genişlənən imkanlarını daha dəqiq səciyyələndirir.
Amerika dövlət qurumlarına və digər hökumət strukturlarına qanunvericiliyin yol verdiyi qədər rəsmi yazışmalarda “superintellekt” ifadəsindən istifadə etmək tapşırılıb. Bu termin ictimai mesajlarda, veb-saytlarda, məruzələrdə və qanunvericilik aktı olmayan digər sənədlərdə istifadə olunacaq.
Bununla belə, fərman “süni intellekt” termininin artıq istifadə olunduğu qüvvədə olan normativ aktlara dəyişikliklər edilməsini nəzərdə tutmur.
Sentyabrda Tramp “süni intellekt” terminini bəyənmədiyini bildirmiş və üç alternativ ad təklif etmişdi: “ali intellekt”, “ekstremal intellekt” və ya “superintellekt”. Dövlət başçısının fikrincə, bu variantlar sürətlə inkişaf edən texnoloji inqilabı daha yaxşı təsvir edir.
Hüseyn İbadlı
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































