ABŞ
41 il həbsdə qaldı, DNT “təmizə çıxardı”: Ölüm hökmü verilən məhbus azadlıqda
ABŞ-ın Yuta ştatında məhkəmə 41 il həbsdə, o cümlədən onilliklər ərzində ölüm hökmü kameralarında saxlanılan 71 yaşlı Duqlas Stüart Karterin girov müqabilində azadlığa buraxılmasına qərar verib.
Publika.az xəbər verir ki, qərara yeni DNT analizinin nəticələri səbəb olub. Araşdırma zamanı cinayət yerində aşkarlanan genetik materialın Karterə məxsus olmadığı müəyyənləşib.
Karter 1985-ci ildə Yuta ştatının Provo şəhərində Eva Olesenin qətlinə görə ölüm cəzasına məhkum edilib. Qadın qarət zamanı güllələnib və bıçaqlanıb. İş üzrə Karteri birbaşa cinayət yerinə bağlayan fiziki sübut olmayıb. Məhkəmə əsasən onun imzaladığı etirafa və iki şahidin ifadəsinə istinad edib. Həmin şahidlər sonradan ilkin ifadələrindən imtina edərək polisin təzyiqi ilə yalan danışdıqlarını bildiriblər.
Karter isə bütün bu illər ərzində günahsız olduğunu və etirafının polis təzyiqi altında alındığını deyib.
Yeni araşdırmada cinayət yerindəki qapı dəstəyindən və qətldə istifadə olunan bıçağın dəstəyindən götürülən DNT nümunələrinin Karterlə uyğun gəlmədiyi müəyyən edilib. Hakim Derek Pullan nəticələrin ittiham tərəfinin mövqeyini daha da zəiflətdiyini bildirib.
Karterin azadlığa buraxılması üçün ona GPS elektron qolbağı taxılacaq. Həmçinin ona öldürülən qadının yaxınları ilə əlaqə saxlamaq qadağan edilib.
Məhkəmə prosesi zamanı Karterin müdafiəsi onun iki əsas şahidinin illər sonra ifadələrini dəyişdiyini də ortaya çıxarıb. Şahidlər polisin onları hədələdiyini, pul və hədiyyələr verdiyini iddia ediblər.
Yuta Ali Məhkəməsi ötən il polis və prokurorluq tərəfindən iş üzrə “çoxsaylı qəsdən pozuntulara” yol verildiyini bildirərək Karter üçün yeni məhkəmə prosesi keçirilməsinə qərar verib.
Karterin vəkili Nil Hamiltonun sözlərinə görə, azadlığa çıxdıqdan sonra 71 yaşlı kişi oğlunun ailəsinin yaxınlığında yaşayacaq və uzun illər həbsdə qalmasının ardından psixoloji yardım alacaq.
Prokurorluq yeni DNT nəticələrinin başqa şübhəlilərin müəyyənləşdirilməsi üçün istifadə edilib-edilməyəcəyini açıqlamayıb. Karterin yeni məhkəməsinin 2027-ci ildə keçirilməsi planlaşdırılır. Prokurorluq isə ötən həftə onun barəsində yenidən ölüm cəzası tələb etmək niyyətindən imtina edib.
Müəllif: Adəm Abbaslı
-
Yaxın Şərq11:06Dubaydan Təl-Əvivə uçan təyyarə qaçırıldı - Göyərtədə 100-dən çox İsrail vətəndaşı var
-
Yaxın Şərq10:18Qüds ermənisi haray çəkdi: Biz tualet deyilik, dayanın
-
Rəsmi xronika09:40İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanladı
-
Sosial09:30Bakının bu ərazisində evlər söküləcək - VİDEO
-
ABŞ09:00ABŞ nüvə sualtı qayığı ilə bağlı yeni qərar verdi
-
Avropa08:36Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək
-
Avropa07:47Bu adada 8,5 milyon illik kərgədan kəlləsi tapıldı
-
Magazin106:16Nübar bu kanalda çalışacaq















.jpg)




















