ABŞ
Rubio İran nümayəndə heyətinin ABŞ-ı dərhal tərk etməsini tələb etdi
ABŞ Dövlət katibi Marko Rubio İranla ikitərəfli sülh danışıqlarının çıxılmaz vəziyyətə düşməsindən sonra bu ölkənin BMT Baş Assambleyasındakı nümayəndə heyətinin ABŞ-ı dərhal tərk etməsini tələb edib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı yazıb.
Bildirilir ki, Ağ Ev əvvəlcə Tehranla danışıqlarda irəliləyiş əldə olunacağına ümid etsə də, günün sonunda prosesin dalana dirəndiyi üzə çıxıb. Bundan sonra Rubionun göstərişi ilə ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi İranın xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətinin Nyu-Yorku dərhal tərk etməli olduğunu bildirib. İranlı diplomatlar sentyabrın 29-nun gecəsində Dohaya uçublar.
Nəşr onu da qeyd edir ki, Qətər vasitəçilərinin ABŞ və İran arasında diplomatik irəliləyiş əldə etmək cəhdləri tərəflərin güzəştə getmək istəməməsi səbəbindən uğursuz nəticələnib, lakin tərəflər arasında kompromis variantlarının müzakirəsi davam edir.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































