ABŞ
ABŞ Venesuelada hərbi baza yarada bilər
ABŞ Prezidenti Donald Tramp Venesuelada Amerika hərbi bazasının yaradılması imkanını istisna etməyib.
Publika.az xəbər verir ki, onun sözlərindən “RİA Novosti” sitat gətirib.
“Biz müxtəlif işlər görmək imkanını nəzərdən keçiririk. Bildiyiniz kimi, bizim Venesuela ilə çox yaxşı münasibətlərimiz var”, – Tramp müvafiq suala cavab verərkən bildirib.
Yanvarın 3-də ABŞ Venesuelaya zərbə endirib: ölkənin paytaxtı Karakasda və Fort-Tiuna hərbi bazasında partlayışlar baş verib. Hücumlardan sonra Tramp əməliyyatı uğurlu adlandırıb və ABŞ hərbçilərinin Venesuela Prezidenti Nikolas Maduronu və onun həyat yoldaşını ələ keçirdiklərini bəyan edib. Ağ Evin rəhbəri Maduronun “artıq prezident olmadığını” və Venesuelanın idarəçiliyinin “hakimiyyət təhvil verilənə qədər” ABŞ tərəfindən öz üzərinə götürüldüyünü vurğulayıb.
Mart ayında Tramp Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodrigesin hökumətini rəsmən tanıyıb. Ağ Evin rəhbəri Rodriges ilə çox yaxşı münasibətlərə malik olduğunu bəyan edib.
Hüseyn İbadlı
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































