ABŞ
ABŞ Misirdə insan haqlarına göz yumacaq: 320 milyon dollarlıq qərar
ABŞ Dövlət Departamenti Misirə 320 milyon dollarlıq hərbi yardımın ayrılması üçün əvvəllər irəli sürülən insan haqları və demokratik islahatlarla bağlı tələbləri aradan qaldırıb.
Publika.az xəbər verir ki, "Reuters"in Dövlət Departamentinin sənədlərinə istinadən yaydığı məlumata görə, söhbət 2025-ci maliyyə ili büdcəsində nəzərdə tutulan vəsaitdən gedir. Vaşinqton qərarını Yaxın Şərqdəki vəziyyət fonunda milli təhlükəsizlik maraqları ilə əsaslandırıb.
Əvvəllər Qahirənin bu vəsaiti əldə etməsi üçün insan haqları və demokratik proseslə bağlı bir sıra şərtlər qoyulmuşdu. İndi ABŞ həmin tələblərdən imtina edib və onların əvəzinə yeni şərtlər irəli sürməyib.
Dövlət Departamenti Misirin güclü və sabit qalmasının ABŞ üçün vacib olduğunu bildirib. Qahirə Yaxın Şərqdə, o cümlədən Qəzza ilə bağlı danışıqlarda vasitəçi kimi çıxış edir.
Misir ABŞ-dan hər il təxminən 1,3 milyard dollar hərbi yardım alır. Bu yardım 1979-cu ildə İsraillə sülh müqaviləsinin imzalanmasından sonra formalaşan əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Adəm
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































