ABŞ
ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində məşhur israilli aktyor və pilot Qay Kapulnik həlak olub.
Publika.az xəbər verir ki, qəza sentyabrın 24-də Kaliforniya ştatının Hesperia şəhərində yerləşən hava limanının yaxınlığında baş verib.
46 yaşlı aktyor “Aeronca Champion” markalı təyyarəni idarə edib. Təyyarədə onun pilotluq öyrətdiyi bir qadın sərnişin də olub. Qəza nəticəsində hər iki şəxs həyatını itirib.
Qəzanın səbəbi hələlik məlum deyil. ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırma aparır.
Qay Kapulnik uşaqlıqdan aviasiya ilə maraqlanıb. Aktyorluğa başlamazdan əvvəl İsrail Müdafiə Ordusunun xüsusi axtarış-xilasetmə bölməsində xidmət edib. Son illərdə isə uçuş təlimçisi kimi fəaliyyət göstərib və bunun üçün müvafiq lisenziyaya sahib olub.
O, aktyor kimi isə 2009-cu ildə ekranlara çıxan və Venesiya Film Festivalında “Qızıl Şir” mükafatına layiq görülən “Livan” filmindəki rolu ilə tanınıb. Aktyor İsrail və beynəlxalq istehsalı olan bir sıra layihələrdə də rol alıb.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto











.jpg)









_(1).jpg)










