ABŞ
İrana yeni hücum planlaşdırılır? - ABŞ rəsmiləri bir neçə saatlıq gizli görüş keçirdilər
ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri İranla münaqişədə atılacaq yeni addımları, eləcə də Səudiyyə Ərəbistanı ilə husilər arasındakı qarşıdurmanı müzakirə etmək üçün bir neçə saatlıq görüş keçiriblər.
Publika.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. Nəşr üç ABŞ rəsmisinə istinad edib. Qeyd edilib ki, görüş Kemp Devid rezidensiyasında baş tutub.
Məqalədə yazılıb ki, ABŞ-ın vitse-prezidenti J.D. Vensin sədrliyi ilə keçirilən görüşdə dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də iştirak edib.
"Qərarlar qəbul edilib və ya ən azı dərin müzakirələr aparılıb",- adı açıqlanmayan məmurlardan biri saytın jurnalisti ilə söhbətində deyib.
Digər mənbə isə bildirib ki, hər kəs Trampı Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı planlaşdırdığı hücuma qoşulmağa çağırır. Prezidentin bu məsələ ilə bağlı qərarı hələlik məlum deyil.
Müəllif: Tural
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var



















.jpg)





.jpg)














