ABŞ
Azərbaycan BMT-nin kibercinayətkarlıq tədbirində təcrübəsini bölüşdü - FOTO
BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 15-ci Konqresi çərçivəsində “BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası”na həsr olunmuş tədbir təşkil olunub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı BMT, ATƏT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin “X” hesabında və BMT-nin rəsmi hesablarında məlumat paylaşılıb.
Məlumatda bildirilib ki, Konvensiyanı ratifikasiya etmiş ilk ölkələrdən biri olan Azərbaycan “İmzalanmadan icraya: BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının həyata keçirilməsi” adlı tədbirə töhfə verib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Həsən Mansurov çıxış edib.
Xidmət rəsmisi Azərbaycanın kibercinayətkarlığın qarşısının alınması və onunla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişafında rolunu vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan Konvensiyaya qoşulma prosesi və milli qanunvericiliyin ona uyğunlaşdırılması üzrə təcrübəsini bölüşməyə hazırdır.
Xatırladaq ki, BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) təşkilatçılığı ilə beş ildən bir baş tutan qlobal tədbirdir.
-
İdman21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar



































.jpg)