ABŞ
Trampdan KRİTİK AÇIQLAMA - “İranla bağlı qəbul edəcəyim qərar pis də ola bilər...”
ABŞ Prezidenti Donald Tramp İranla münaqişə ilə bağlı qərar qəbul etməli olacağını bildirib.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Yeganə sual, bunun yaxşı, yoxsa pis olacağıdır. Biz bunu yaxşı da edə bilərik, pis də edə bilərik”, – deyə o bildirib.
Tramp qeyd edib ki, İrana münasibətdə qərar qəbul etmək lazımdır.
Amerika liderinin sözlərinə görə, sentyabrın sonunda Hörmüz boğazından İranla münaqişə tarixinin göstəricilərini üstələyən rekord həcmdə neft daşınıb.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, sutka ərzində Hörmüzdən təxminən 13 milyon barrel neft keçir. ABŞ-nin energetika naziri Kris Raytın bildirdiyinə görə, son günlərin birində boğazdan 20 milyon barrel neftdən çox neft keçib – bu göstərici münaqişədən əvvəlki səviyyəyə yaxınlaşıb.
Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Daşımaları İdarəsi (UKMTO) Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyinin ABŞ ilə İran arasında münaqişənin başlamasından əvvəl qeydə alınan səviyyədən təxminən 75 faiz aşağı qaldığını bildirmişdi.
Hüseyn İbadlı
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































