ABŞ
Tramp Kim Çen Inla buna görə dostluq edir
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Pxenyanın nüvə silahına sahib olması səbəbindən KXDR lideri Kim Çen Inla yaxşı münasibətlər saxlayır.
Publika.az xəbər verir ki, o, bu barədə Ohayo ştatında çıxışı zamanı bildirib.
“Mənim Kim Çen Inla yola getməyim alınır. İnsanın 112 nüvə raketi olanda, onunla yola getmək vacibdir”, – deyə o bildirib.
Bununla belə, Tramp əlavə edib ki, İranın heç vaxt nüvə silahı olmayacaq.
Bu yaxınlarda “Reuters” agentliyi Trampın Kim Çen Inla danışıqlar aparmağa hazır olması haqqında məlumat əldə edib.
Bundan əvvəl Donald Tramp Kim Çen Inı dostu adlandırmış və onun hakimiyyətdə olduğu müddətdə özünü rahat hiss edə biləcəyini bildirmişdi. Amerika lideri bunu Kim Çen Inın ona hörmət etməsi və ona qarşı rəğbət bəsləməsi ilə izah etmişdi.
Daha əvvəl “The Wall Street Journal” qəzeti Vaşinqtonun nüvə proqramı üzrə Pxenyanla danışıqların mümkün bərpasına hazırlaşdığını və Trampın cari payızda Şimali Koreya lideri ilə yenidən görüşməyi planlaşdırdığını xəbər vermişdi.
Hüseyn İbadlı
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































