ABŞ
O qəzet çirkli qapılarını bağlayacaq, Amerika üçün əla gün olacaq - Trampdan sərt sözlər
ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinin yaxın gələcəkdə fəaliyyətini dayandıracağını iddia edib və nəşrin bağlanmasını “Amerika üçün əla gün” adlandırıb.
Publika.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib. O, qəzetin jurnalistlərini faktları yoxlamadan onun haqqında yalan məlumatlar yaymaqda ittiham edib.
ABŞ lideri bildirib ki, “The New York Times” yaxın gələcəkdə “çirkli qapılarını bağlamağa məcbur olacaq”. Onun sözlərinə görə, bu, ABŞ üçün “əla gün” olacaq.
Trampın bu açıqlamasına qəzetin dekabrın 14-15-də G20 sammitinin keçirilməsi planlaşdırılan Mayami yaxınlığındakı “Trump Doral” kurort kompleksinin fotosunu dərc etməsi səbəb olub. Tramp görüntünün kompleksin qəsdən xoşagəlməz formada təqdim edilməsi məqsədilə hazırlandığını iddia edib. O, həmçinin “The New York Times”a etimadın və qəzetin tirajının azaldığını bildirib.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
















.jpg)





.jpg)


.jpg)













