ABŞ
Tramp amerikalıları qorxutdu: Belə olsa, ABŞ iflas edəcək
ABŞ prezidenti Donald Tramp bildirib ki, Demokratlar Partiyası qarşıdan gələn seçkilərdə qalib gələrsə, ABŞ qaçılmaz iflasla üzləşəcək, çünki Demokratlar bütün ticarət tariflərini dərhal ləğv edəcəklər.
Publika.az xəbər verir ki, Tramp Ağ Evin qarşısında jurnalistlərə verdiyi açıqlamada vurğulayıb:
"Əgər biz respublikaçılar qalib gəlsək, bu dividendlər (beş min dollar) ödəniləcək. Demokratlar bunu edə bilməyəcəklər, çünki onlar tariflər tətbiq etməyəcəklər və bu da ölkənin müflis olacağı deməkdir".
İkinci prezidentlik müddətinin başlanğıcından bəri Tramp federal büdcəni doldurmaq və artıq 40 trilyon dolları aşan nəhəng milli borcun azaldılması üçün əsas vasitə kimi ticarət tariflərindən istifadəni ardıcıl olaraq müdafiə edib.
Nümayəndələr Palatasının yeni tərkibini və 35 Senat yerinin taleyini müəyyən edəcək seçkilər 3 noyabrda keçiriləcək. Respublikaçılar hazırda Konqresin hər iki palatasına az fərqlə nəzarət edirlər.
Müəllif: Tural
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı






















.jpg)



.jpg)











