ABŞ
Tramp bu xanıma Ağ Evdə yüksək vəzifə verdi - FOTO
ABŞ Prezidenti Donald Tramp Keti Beylinin Ağ Evin Qanunvericilik Məsələləri İdarəsinin direktoru vəzifəsinə təyin olunduğunu elan edib.
Publika.az xəbər verir ki, ABŞ lideri bu barədə Truth Social sosial şəbəkəsində məlumat verib.
“Qürurla bildirirəm ki, indicə Keti Beylini Qanunvericilik Məsələləri İdarəsinin direktoru vəzifəsinə təyin etdim”, - deyə Tramp yazıb.
Prezidentin sözlərinə görə, qurumun hazırkı rəhbəri Ceyms Breyd özəl sektora keçir.
Hazırda Beyli ABŞ Senatında qanunvericilik məsələləri üzrə direktor müavini vəzifəsini tutur. Tramp qeyd edib ki, o, artıq onun administrasiyasının üzvlərinin təsdiqlənməsinə kömək etməklə əhəmiyyətli nəticələr əldə edib.
Bundan əvvəl Tramp Ben Mossun Ağ Evin aparatının yeni katibi vəzifəsinə təyin olunduğunu elan etmişdi. O, sentyabrın 2-də işə başlayacaq. Ağ Evin yeni mətbuat katibi daha əvvəl ABŞ administrasiyasının hüquq müşaviri təyin edilmiş Uill Şarfı əvəz edəcək.
Hüsyn İbadlı
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Rəsmi xronika12:34Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzinə getdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir










.jpg)








.jpg)


.jpg)














