ABŞ
İlon Maskın sevinci cəmi 4 gün çəkdi
Amerikalı milyarder İlon Mask çərşənbə axşamı “SpaceX” şirkətinin səhmlərinin düşməsi səbəbindən yenidən trilyonçu statusunu itirib.
Publika.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
“Çərşənbə axşamı səhər saatlarına olan məlumata görə, İlon trilyonçu olmaqdan çıxıb: “SpaceX”in səhm məzənnəsinin enməsi nəticəsində onun xalis aktivlərinin dəyəri təxminən 26,3 milyard dollar azalıb”, – deyə materialda bildirilir.
Beləliklə, Mask bu statusu bərpa etdikdən cəmi dörd gün sonra yenidən trilyonçu olmaqdan çıxıb.
“SpaceX” (Space Exploration Technologies Corporation) raketlər və kosmik gəmilər istehsal edən Amerikaya məxsus özəl aerokosmik şirkətdir, 2002-ci ildə İlon Mask tərəfindən təsis edilib.
Buna qədər Mask “X” sosial şəbəkəsindəki hesabında “SpaceX” şirkətinin 2027-ci ildə “Nvidia Vera Rubin NVL72” süni intellekt superkompüterlərini orbitə çıxarmağa başlayacağını bəyan etmişdi. Paylaşımda o, buna “demək olar ki, şübhə etmədiyini” qeyd edib.
Hüseyn İbadlı
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü






















.jpg)













