ABŞ
ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
ABŞ-nin Maliyyə Nazirliyi "Bank of America"ya qarşı çirkli pulların yuyulmasına qarşı mübarizə pozuntuları və sanksiyalara riayət etmədiyinə görə cərimələr tətbiq olunduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bu barədə 13 oktyabrda yayımlanan açıqlamada bildirib.
Sənədə əsasən, bank Çin şəbəkələri tərəfindən həyata keçirilən şübhəli çirkli pulların yuyulması və qanunsuz maliyyə əməliyyatları ilə əlaqəli milli təhlükəsizlik risklərini azaltmadığına görə 1,21 milyard dollar cərimələnib.
Maliyyə qurumu həmçinin federal çirkli pulların yuyulmasına qarşı mübarizə qanunlarını pozduğuna görə əlavə 750 milyon dollar ödəməlidir. Maliyyə Nazirliyinin məlumatına görə, bank təxminən 5 milyard dollarlıq şübhəli əməliyyatların qarşısını ala bilməyib və bu barədə hakimiyyətə məlumat verməyib.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sanksiyaların pozulmasına görə "Bank of America" ilə 11,6 milyon dollarlıq razılaşma əldə edib.
Nazirliyin məlumatına görə, bank bir neçə milyon dollarlıq ödənişləri edərkən texniki səhvlər və ya insan səhvləri səbəbindən azı 475 qanun pozuntusu törədib.
-
Sosial06:16Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - Video
-
ABŞ03:44İrana görə Ağ Evdə gərginlik: Tramp Vensdən narazıdır
-
Kriminal02:43Qonşular danışdı: Bıçaqlanan Gülarə iki saat qan içində köməksiz qalıb - Video
-
Qoroskop01:20Günün ulduz falı: Ailə daxilində kiçik anlaşılmazlıqlar ola bilər
-
Hadisə18 Noyabr 22:04Dəhşətli qəza: Ata, azyaşlı qızı və bacısı oğlu həlak oldu - Yeniləndi
-
ABŞ18 Noyabr 19:50Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...
-
Nəqliyyat18 Noyabr 19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika18 Noyabr 15:08Prezident Latviya Prezidentini təbrik etdi
































