ABŞ
Trampın kürəkəninə qarşı məhkəmə iddiası: Gizlətdiyi nədir?
ABŞ-da tanınmış ictimai təşkilat prezident Donald Trampın kürəkəni Cared Kuşnerin xüsusi elçi kimi fəaliyyətinə mane olmaq üçün məhkəməyə müraciət edib. Təşkilat onun şəxsi maliyyə məlumatlarını açıqlamadığını və mümkün maraqlar toqquşması riskinin olduğunu bildirir.
Publika.az xəbər verir ki, bu barədə “Vaşinqtonda Məsuliyyət və Etika Uğrunda Vətəndaşlar” (CREW) təşkilatı məlumat yayıb.
Təşkilat hesab edir ki, ABŞ-ın xarici siyasəti ilə bağlı mühüm danışıqlarda əsas rol oynayan Kuşner rəsmi dövlət qulluqçusu hesab edilməli, gəlirləri barədə müvafiq bəyannamələri təqdim etməlidir. CREW məhkəmədən onun bu vəzifəni icra etməsinin qarşısının alınmasını və maliyyə məlumatlarını açıqlamasını tələb edir.
İddiaçıların sözlərinə görə, Kuşner ABŞ-İran, Rusiya-Ukrayna müharibələrinin, eləcə də Yaxın Şərqdəki münaqişələrin həlli istiqamətində diplomatik fəaliyyət göstərir.
Bununla yanaşı, o, idarə etdiyi “Affinity Partners” investisiya şirkətinə də rəhbərlik edir. Şirkətin idarə etdiyi aktivlərin həcmi 6 milyard dolları ötür və onların təxminən 99 faizi Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin suveren fondları da daxil olmaqla, xarici investorlara məxsusdur.
CREW prezidenti Donald Şerman bildirib ki, Kuşner qanunlardan üstün deyil və maliyyə fəaliyyətinin şəffaflığını təmin etməlidir.
Müəllif: Adəm
-
Nida Xəbər 12:56Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi















.jpg)





















