Pentaqondan 50 milyard dollarlıq hərbi plan: Milyonlarla zərbə dronu istehsal ediləcək
Bizi izləyin

ABŞ

Pentaqondan 50 milyard dollarlıq hərbi plan: Milyonlarla zərbə dronu istehsal ediləcək

Pentaqondan 50 milyard dollarlıq hərbi plan: Milyonlarla zərbə dronu istehsal ediləcək

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) avtonom və robotlaşdırılmış sistemlərin istehsalını genişləndirmək üçün təxminən 50 milyard dollar həcmində əlavə maliyyə tələb etməyi planlaşdırır. Məqsəd artıq cari ildən etibarən yüz minlərlə birdəfəlik zərbə sistemi istehsal etmək, yaxın illərdə isə bu göstəricini milyonlara çatdırmaqdır.

Publika.az xəbər verir ki, bu barədə “Defense News” nəşri yazıb.

Pentaqon rəhbəri Pit Heqset Vaşinqtonda ABŞ Ordusu Assosiasiyasının illik toplantısında çıxışı zamanı bu planı açıqlayıb.

Maliyyənin ayrıca büdcə qanun layihəsi vasitəsilə ayrılması nəzərdə tutulur. Bu mexanizm standart illik büdcə ayırmalarından kənar maliyyələşməyə imkan verərək zəruri prosedurların sürətləndirilməsinə xidmət edir. Bununla belə, sənədin Konqresdə nə vaxt müzakirəyə çıxarılacağı və təsdiqlənmə müddəti barədə ətraflı məlumat açıqlanmayıb.

ABŞ-ın birdəfəlik zərbə sistemlərinə üstünlük verməsi hərbi taktikanın dəyişdiyini göstərir. Nisbətən ucuz pilotsuz platformaların kütləvi tətbiqi pilotlu texnikanın məruz qaldığı riskləri azalda və daha aşağı vahid xərclə yüksək intensivlikli zərbələr endirməyə imkan verə bilər.

İstehsalın milyonlarla vahidə çatdırılması döyüş meydanında pilotsuz vasitələrin say üstünlüyünü təmin etmək və intensiv münaqişələr zamanı itkilərə qarşı dayanıqlılığı artırmaq məqsədi daşıyır.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm