ABŞ
Trampdan Krım açıqlaması: Əla torpaq sahəsidir, əlimdən aldılar
ABŞ prezidenti Donald Tramp Krımın dörd tərəfdən okeanla əhatə olunmuş bir ada olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, o, bunu oktyabrın 16-da Amerika televiziya kanalı “Newsmax”a verdiyi müsahibədə deyib.
Tramp keçmiş ABŞ prezidenti Barak Obamanın 2014-cü ildə ilkin işğal zamanı Krımı faktiki olaraq Rusiyaya "verdiyini" söyləyib.
"Şübhəsiz ki, Krım Ukraynanın ən dəyərli hissəsidir. Dörd tərəfdən okeanla əhatə olunub. Ən gözəl torpaq sahəsidir. Mən daşınmaz əmlak sahəsində çalışıram və yaxşı torpaq sahələrini tanıyıram. Krımı əlimdən alıblar", - Tramp deyib.
Bu, Amerika prezidentinin yarımadanın coğrafi yerini səhv təsvir etdiyi ilk dəfə deyil.
2025-ci ilin avqust ayında Tramp Krımın "okeanın ortasında" olduğunu və Texasla müqayisə edilə biləcəyini iddia etmişdi.
Müəllif: Tural
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO









































