ABŞ
Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
ABŞ sakini Conatan Parr həyat yoldaşı ilə birgə uşaqları evdə dəhşətli şəraitdə saxlayıb. Onların bu əməli aşkar edildikdən sonra həbs ediliblər.
Publika.az xəbər verir ki, bu barədə "LADBibble" məlumat yayıb.
Nəşrin məlumatına görə, 37 yaşlı Conatan və 32 yaşlı Jaklin Koulman doqquz uşaqla yaşayıblar. Jaklin onlardan yeddisini Parrdan dünyaya gətirib. Cütlük ən azı 2023-cü ilin aprel ayından bəri yetkinlik yaşına çatmayan bu uşaqlara qarşı zorakılıq ediblər.
"Ən kiçiyi bir yaşında olan bu uşaqlar daim zorakılığa məruz qalıblar. Uşaqların bəziləri bildiriblər ki, valideynlər onları qəfəslərdə və ya xüsusi yerlərdə saxlayıb, yemək və sudan məhrum ediblər", - nəşr yazıb.
O da vurğulanıb ki, uşaqlar tez-tez cəzalandırılırlarmış: "Məsələn, onlar saatlarla divara söykənərək "stul" pozasında dayanmağa məcbur ediliblər. Bəzi hallarda uşaqlar bir müddət yox, bütün günü bu vəziyyətdə saxlanılıblar. Valideynlər həmçinin uşaqlardan ayaq barmaqlarının arasına mismar basmağı və onları uzun müddət orada saxlamağı tələb ediblər".
Polis cütlüyün qurduğu bu dəhşətli evə gələndə otaqları da yoxlamalı olub. Məlum olub ki, qurbanların bu müddət ərzində hətta çarpayıları və ya yorğanları da olmayıb... Otaqlar antisanitar vəziyyətdə imiş və həşəratlarla dolu olub. Hüquq-mühafizə orqanları uşaqların bu yaşayış şəraitini "dəhşətli" adlandırıb.
Valideynlər həbs olunub və hazırda girov müqabilində azadlığa buraxılıblar. Maraqlıdır ki, ailə başçısı ittihamları rədd edir.
Müəllif: Tural

-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı
-
Hadisə12:21Eks-icra başçısı və xanımı məhkəmədə ifadə verdilər








































