Trampdan İran açıqlaması: "Bu, illər əvvəl edilməli idi"
Bizi izləyin

ABŞ

Trampdan İran açıqlaması: "Bu, illər əvvəl edilməli idi"

Trampdan İran açıqlaması: "Bu, illər əvvəl edilməli idi"

ABŞ prezidenti Donald Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bəyan edərək, bunu öz administrasiyasının əsas məqsədlərindən biri adlandırıb.

Publika.az xəbər verir ki, o, bunu Kentukki ştatında keçirilən mitinqdə deyib.

"İranın nüvə silahı yoxdur və heç vaxt, heç vaxt olmayacaq. Bu, illər əvvəl edilməli idi", - deyə ABŞ lideri bildirib.

Tramp həmçinin administrasiyasının ilk iki ildə görünməmiş nəticələr əldə etdiyini vurğulayıb. Nailiyyətləri arasında İran, eləcə də Qrenlandiya və Venesuela ətrafındakı vəziyyəti qeyd edib.

Tramp bildirib ki, "Heç bir prezident ilk iki ildə əldə etdiyimiz nəticələrə yaxınlaşmayıb".

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm