ABŞ
"Zelenski müharibənin başa çatmasını istəmir"
Zelenski bu müharibəni bitirmək istəmir və yəqin ki, heç vaxt istəməyib. O, iki il əvvəl indikindən daha əlverişli razılaşma əldə edə bilərdi.
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial hesabında paylaşımında bildirib.
Trampın sözlərinə görə, Zelenski Rusiyadakı dizel yanacağı istehsal edən neft emalı zavodlarını hədəfə alır və bu hücumların ABŞ da daxil olmaqla dünya dizel bazarlarına ciddi zərər vurduğunu bilir.
ABŞ Prezidenti bildirib ki, yaranmış vəziyyətdən fermerlər, heyvandarlıq təsərrüfatları və müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr ciddi zərər çəkirlər.
“Zelenski buna əhəmiyyət vermir. Açığını desəm, Avropanın ona verdiyi böyük maliyyə yardımı və Co Baydenin keçmişdə ayırdığı vəsaitlər fonunda o, bu müharibəni bitirmək istəmir”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti Ukraynanın ağır vəziyyətdə olduğunu, ərazilərinin böyük hissəsini itirdiyini, kişi əhalisinin əhəmiyyətli hissəsinin yaralandığını və ya həlak olduğunu iddia edib.
“Onun ölkəsi dağıntılar içindədir, ərazilərinin böyük hissəsi itirilib, dənizlərə çıxışı yoxdur. Mən bu müharibənin başa çatmasını istəyirəm”, – deyə Tramp bildirib.
O, həmçinin Rusiyanın dünya bazarlarına aşağı qiymətlə milyonlarla barel dizel yanacağı göndərdiyini qeyd edib.
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO


































