İlon Maskın 2027-ci il planı: ABŞ-da hər uşağı şirkətinə ortaq edəcək!
Bizi izləyin

ABŞ

İlon Maskın 2027-ci il planı: ABŞ-da hər uşağı şirkətinə ortaq edəcək!

İlon Maskın 2027-ci il planı: ABŞ-da hər uşağı şirkətinə ortaq edəcək!

"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri, məşhur amerikalı milyarder İlon Mask 2027-ci ildə ABŞ-da hər bir uşağa “SpaceX” kosmik şirkətinin səhmlərindən birini hədiyyə etməyi planlaşdırdığını bildirib.

Publika.az xəbər verir ki, “Gələn il Amerikadakı hər bir uşağa “SpaceX” səhmlərimdən birini verəcəyəm”, – deyə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Mask səhmləri necə bölüşdürməyi planlaşdırdığı və kimlərin onları əldə edə biləcəyi barədə hələlik əlavə məlumat verməyib.

Qeyd edək ki, “SpaceX” kosmik texnikanın hazırlanması və istehsalı ilə məşğul olur. Mask şirkəti 2002-ci ildə təsis edib. 2026-cı ilin fevralında şirkət onun digər şirkəti olan “xAI” ilə birləşib.

Müəllif: Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm