ABŞ
Tramp Maskın təklifinə heyran qaldı: Artıq 70 milyon uşaq qeydiyyata alınıb
ABŞ prezidenti Donald Tramp amerikalı milyarder İlon Maskın 2027-ci ildə ölkədəki hər bir uşağa “SpaceX” şirkətinin bir səhmini hədiyyə etmək vədinə görə ona təşəkkür edib.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
Tramp Maskı “əfsanəvi dostumuz” adlandıraraq onun milyonlarla amerikalı uşağa rəhbərlik etdiyi şirkətin səhmlərini vermək niyyətini misilsiz səxavət kimi qiymətləndirib. Səhmlərin uşaqlara “Trump Accounts” proqramı vasitəsilə təqdim olunması nəzərdə tutulur.
Trampın sözlərinə görə, “Trump Accounts” proqramı məhz bu məqsədlə yaradılıb. O bildirib ki, təşəbbüs özəl sektorun imkanlarını birləşdirərək uşaqlara investisiya yatırmağa və onların hər birinə “Amerika arzusunun bir parçasını” verməyə xidmət edir.
ABŞ rəsmiləri oktyabrda proqram çərçivəsində əvvəlcə 60, daha sonra isə 70 milyon uşağın avtomatik qeydiyyata alındığını açıqlayıblar.
Müəllif: Adəm
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi


























.jpg)







