Trampın Rusiya siyasətinə qarşı üsyan: Respublikaçılar da Ağ Evi hədələyir
Bizi izləyin

ABŞ

Trampın Rusiya siyasətinə qarşı üsyan: Respublikaçılar da Ağ Evi hədələyir

Trampın Rusiya siyasətinə qarşı üsyan: Respublikaçılar da Ağ Evi hədələyir

ABŞ Konqresindəki respublikaçılar prezident Donald Trampın Rusiyaya münasibətdə atdığı addımlara getdikcə daha çox qarşı çıxırlar. Onların bir qismi Ağ Ev Moskvaya qarşı təzyiqləri azaltmağa və Ukraynaya yardımı məhdudlaşdırmağa davam edərsə, administrasiyanın qanunvericilik təşəbbüslərinin qarşısını alacaqları ilə hədələyirlər.

Publika.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Ukraynanı dəstəkləyən respublikaçılar Trampı Rusiyaya münasibətdə siyasətini dəyişməyə inandırmağın yollarını axtarırlar.

Narazılığa səbəb ABŞ prezidentinin Moskvaya qarşı sanksiya təzyiqlərini yumşaltmaq qərarı, Rusiya dizel yanacağının alınması ilə bağlı razılaşmalar və Kiyevə hərbi dəstəyin mümkün məhdudlaşdırılmasıdır.

Belə ki, Tramp administrasiyası Rusiyadan dizel yanacağının alınmasına dair sanksiyaların altı ay müddətinə yumşaldıldığını elan edib. Bundan başqa, ABŞ prezidenti Konqresin bu yaxınlarda qəbul etdiyi qanunda nəzərdə tutulan Rusiyaya qarşı sanksiyaların tətbiqindən müvəqqəti imtina edib.

Bu addımlar həm demokratların, həm də respublikaçıların tənqidinə səbəb olub.

Bəzi qanunvericilər xəbərdarlıq edirlər ki, administrasiyanın Moskva ilə daha da yaxınlaşması Ağ Evin qanunvericilik təşəbbüslərinin irəlilədilməsini çətinləşdirə bilər.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm