"SpaceX"in gəlirləri kəskin artırdı
Bizi izləyin

ABŞ

"SpaceX"in gəlirləri kəskin artırdı

"SpaceX"in gəlirləri kəskin artırdı

İlon Maskın “SpaceX” aerokosmik korporasiyasının gəlirləri III rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 161 faiz artaraq 14,6 milyard dollara çatıb.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” şirkətin maliyyə hesabatına istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, gəlirlərin artması məlumat mərkəzlərinin icarəsi ilə bağlı müqavilələrin bağlanması nəticəsində satışların və mənfəətin əhəmiyyətli dərəcədə artması ilə əlaqədardır.

“III rübdə şirkətin gəlirləri iki dəfədən çox artaraq 14,6 milyard dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 5,6 milyard dollar təşkil edib. Beləliklə, analitiklərin 12,9 milyard dollarlıq proqnozu üstələnib”, məlumatda qeyd olunub.

Bununla yanaşı, “SpaceX” 4,4 milyard dollar xalis mənfəət əldə edib. Bu göstərici təxminən 2 milyard dollar mənfəət proqnozlaşdıran analitiklərin gözləntilərini üstələyib. Şirkət ötən ilin eyni dövründə 1,1 milyard dollar xalis zərər qeydə almışdı.

Oktyabrın 19-da amerikalı milyarder İlon Mask gələn il ABŞ-dakı hər bir uşağa “SpaceX” şirkətinin səhmlərindən birini hədiyyə etməyi planlaşdırdığını bəyan edib.

“Business Insider” nəşrinin hesablamalarına görə, iş adamı həqiqətən ölkədəki hər bir uşağa şirkətin səhmlərini hədiyyə etsəydi, bu, təxminən 72 milyon nəfəri əhatə edərdi. “SpaceX” səhmlərinin hazırkı qiyməti ilə bu hədiyyələrin ümumi dəyəri təxminən 10,5 milyard dollar təşkil edərdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm