ABŞ
Üç reptilianla ölüm-dirim savaşı - 51-ci zonanın qaranlıq sirri açıldı
ABŞ ordusunun veteranı 51-ci zona yaxınlığında üç reptilianla (reptiloidlər və ya "sürünən insanlar")döyüş barədə danışıb.
Publika.az xəbər verir ki, Bu barədə “Daily Star” yazır.
ABŞ-ın Birgə Xüsusi Əməliyyatlar Komandanlığının (JSOC) adı açıqlanmayan veteranından eşitdiyi hadisəni “Liberty Risk” podkastının aparıcılarından biri, özü də piyada qoşunlarında snayper kimi 10 il xidmət etmiş Nik Bettz danışıb. Hərbçi reptilianlarla döyüş barədə Polşada keçirilən ziyafət zamanı ağzından qaçırıb.
Onun sözlərinə görə, yadplanetlilər “51-ci zona” adlanan ərazinin yaxınlığında yerləşən hansısa məxfi obyektə daxil olublar. Dərhal Şimali Karolinadakı Fort-Breqq bazasından çevik reaksiya qrupu hadisə yerinə göndərilib. Əsgərlər kompleksin yeraltı hissəsinə eniblər. Orada enerji silahı ilə silahlanmış, zahirən sürünənlərə qismən bənzəyən yadplanetlilər olublar.
“Onlar (amerikalı əsgərlər) cinahdan yaxınlaşarkən sol kənarda olan döyüşçü həmin silahdan birbaşa sinəsinə atəş açılması nəticəsində zərbə aldı. O, hadisə yerindəcə öldü”, - Nik Bettz deyib.
Daha sonra reptilianlar məhv edilib, əməliyyata rəhbərlik edənlər isə insidentin izlərini dərhal ört-basdır ediblər. Belə ki, amerikalı hərbçi katolik olmasına baxmayaraq, elə hadisə yerində kremasiya edilib. Bettz bildirib ki, ziyafətdən sonrakı gün JSOC-un başqa bir veteranı onun boğazından yapışaraq əvvəlki gün eşitdikləri barədə heç kimə danışmamağı tələb edib. Amerikalı əlavə edib ki, hər iki veteran bundan sonra onunla bir daha ünsiyyət saxlamayıb.
Bundan əvvəl ABŞ Milli Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Devid Qruş kosmik gəminin qəzaya uğramasından sağ çıxan reptilianların Amerika hərbçiləri tərəfindən məhv edildiyini bəyan edib. Onun sözlərinə görə, yadplanetlilər əsgərlərə hücum ediblər.
Hüseyn İbadlı
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
















.jpg)















