ABŞ
Putin Trampa jest etdi: Habberd azadlığa buraxıldı
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin qərarı ilə amerikalı Stiven Habberdin heç bir mübadilə olmadan azad edildiyini bildirib.
Publika.az xəbər verir ki, Trampın sözlərinə görə, Putin bu addımı ABŞ prezidentinə hörmət əlaməti olaraq birtərəfli qaydada atıb. Vaşinqton bunun müqabilində heç kimi azad etməli olmayıb. ABŞ lideri belə bir qərarın Kreml üçün görünməmiş hadisə olduğunu vurğulayıb.
Tramp qeyd edib ki, Habberdin azad edilməsi Co Baydenin prezidentliyi dövründə də nəzərdə tutulmuşdu. Lakin həmin vaxt Moskva ilə aparılan danışıqlar nəticə verməyib.
74 yaşlı təqaüdçü, keçmiş müəllim Stiven Habberd Miçiqan ştatındandır. O, 2014-cü ildə Ukraynaya köçüb, 2022-ci ildə isə orada saxlanılıb. Habberd Ukrayna Silahlı Qüvvələrinin tərəfində muzdlu döyüşçü kimi iştirak etməkdə ittiham olunaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun azadlığa buraxılması Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Putinlə danışıqlar aparmaq üçün Sankt-Peterburqa səfəri ilə eyni vaxta təsadüf edib. Rusiya prezidentinin sözlərinə görə, həmin vaxt Habberd artıq Pulkovo hava limanında olub.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti daha əvvəl Habberdi “qanunsuz saxlanılan şəxs” kimi təsnif etmişdi.
Müəllif: Adəm
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi













.jpg)


.jpg)




.png)
















