ABŞ
“Starlink” qalmaqalı: Ukraynaya badalağı kimin vurduğu bəlli oldu
Ukrayna ordusu tərəfindən istifadə edilən “Starlink” peyk sisteminin hərbi versiyasının sürətinin azaldılmasını amerikalı sahibkar İlon Mask əmr edib.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ rəsmilərinə və məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Hesabatda deyilir: "Mənbələr bildirib ki, ötən həftə Mask Ukrayna avadanlıqlarının peyk şəbəkəsinə qoşulma sürətini məhdudlaşdırıb və bu da bəzi hücum və tutucu dronları faktiki olaraq yararsız hala gətirib".
Aydınlaşdırılır ki, Mask qərar verilməzdən əvvəl ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının yüksək vəzifəli üzvləri ilə “Starlink” məhdudiyyətlərini müzakirə etmiş ola bilər. Məhdudiyyətlər haqqında məlumat ictimaiyyətə açıqlandıqdan sonra Ağ Evdə əmri kimin verdiyi ilə bağlı çaşqınlıq yaranıb.
Eyni zamanda, “SpaceX” nümayəndələri hadisə ilə bağlı ortaq mövqedə razılığa gəlmək üçün Ağ Ev rəsmiləri ilə əlaqə saxlayıblar. Mask özü “X” sosial media platformasında “Starlink”in sürət və istifadə məhdudiyyətlərinin ABŞ ordusu və nəticə etibarilə ABŞ prezidenti tərəfindən müəyyən edildiyini bildirib.
ABŞ dövlət katibi Marko Rubio oktyabrın 21-də bildirib ki, administrasiya “Starlink”in işinin yavaşlatılmasını tələb etməyib və qərardan əvvəlcədən xəbərdar olmayıb.
Müəllif: Tural
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...

















.jpg)















