Tramp bu okeanın adının dəyişdirilməsini təklif etdi: Avropa çox sevinəcək
Bizi izləyin

ABŞ

Tramp bu okeanın adının dəyişdirilməsini təklif etdi: Avropa çox sevinəcək

Tramp bu okeanın adının dəyişdirilməsini təklif etdi: Avropa çox sevinəcək

Oktyabrın 21-də Cənubi Karolinada keçirilən mitinqdə ABŞ prezidenti Donald Tramp Sakit okeanın adının dəyişdirilməsi ilə bağlı zarafat edib.

Publika.az xəbər verir ki, o, belə bir təşəbbüsün Avropa liderlərini "sevindirəcəyini" bildirib.

Tramp həmçinin qeyd edib ki, Atlantik okeanının adının dəyişdirilməsi ideyasını “Google”ın baş direktoru Sundar Piçai ilə müzakirə edib, lakin şirkət bundan imtina edib. Prezidentin sözlərinə görə, şirkət hələ də Meksika körfəzinin adının Amerika körfəzi adlandırılması ideyasından "özünə gəlməyib".

"Yəqin ki, bu fikirdən əl çəkəcəyəm. Sizcə, mən də əl çəkməliyəmmi? Gəlin Atlantik okeanını saxlayaq. Amma Sakit Okean - biz onu Amerika Okeanı adlandıracağıq. Sizcə, Avropa buna necə yanaşacaq? Sizcə, onlar bunu bəyənəcəklərmi? Avropa çox sevinəcək, elə deyilmi? Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyen zəng edib “çox sağ olun” deyəcək", - deyə Tramp istehza ilə qeyd edib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm