ABŞ
Trampın jurnalistlərlə mübarizəsi davam edir - Daha bir media qurumu hədəfdə
ABŞ prezidenti Donald Trampın administrasiyası Britaniyanın “The Independent” qəzetinin jurnalistini dövlət başçısının işgüzar səfəri zamanı mətbuat qrupundan kənarlaşdırıb.
Publika.az “The Washington Post”a istinadən xəbər verir ki, jurnalist Ağ Evdən Trampın Ayova ştatına səfərini işıqlandırmaq hüququndan məhrum edilməsi barədə bildiriş alıb. Nəşr bunu hakimiyyətin mətbuatda arzuolunmaz materialların yayılmasına qarşı çıxmaq cəhdlərinin növbəti nümunəsi kimi qiymətləndirib.
Bununla yanaşı, Ağ Ev “Politico” nəşrinin baş redaktoru Conatan Qrinberqerə məktub göndərib. Məktubda Ağ Ev Aparatının rəhbəri Syuzan Uaylsın adının çəkildiyi məqalələrə düzəliş edilməsi tələb olunub. Tələbə əsas kimi “müəyyən nəticələrlə” üzləşmək, Oval kabinetə, prezidentin təyyarəsinə və digər mühafizə olunan obyektlərə giriş imkanını itirmək təhlükəsi göstərilib.
“Politico” məktuba cavab verib. Qəzet ittihamların bir hissəsini təkzib etsə də, məqalələrdən birində qeyri-dəqiqliklərə yol verildiyini etiraf edib və materiala düzəliş edib. Lakin hansı hissələrin dəyişdirildiyi açıqlanmayıb.
Mətbuata təzyiq bu iki hadisə ilə məhdudlaşmayıb. Daha əvvəl “The New York Times” qəzeti Trampın Ağ Evin keçmiş mətbuat katibi Kerolayn Livittə jurnalistləri Ağ Evdən “qovmağı” və brifinqlər zalının yerində qapalı üzgüçülük hovuzunu bərpa etməyi təklif etdiyini yazıb.
Bundan əvvəl ABŞ lideri administrasiyası haqqında yalan məlumatlar yaydıqları iddiası ilə CNN, MS NOW və “Politico” jurnalistlərini Ağ Evə buraxmamaq niyyətində olduğunu bildirmişdi. Həmin media qurumlarının nümayəndələri məhkəməyə müraciət ediblər. Məhkəmə isə araşdırma başa çatana qədər jurnalistlərin Ağ Evə girişinin təmin olunması barədə qərar verib.
Valeh
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
























.jpg)













