Tramp seçkiqabağı mitinqdə qəribə səs çıxardı - VİDEO
Bizi izləyin

ABŞ

Tramp seçkiqabağı mitinqdə qəribə səs çıxardı - VİDEO

Tramp seçkiqabağı mitinqdə qəribə səs çıxardı - VİDEO

ABŞ Prezidenti Donald Tramp Cənubi Karolina ştatının Pendlton şəhərində keçirilən seçkiqabağı mitinqdə qəribə səslər çıxarıb.

Publika.az xəbər verirn ki, tədbir "Fox News" telekanalı tərəfindən canlı yayımlanıb.

İnternetdə Trampın çıxışının ortasında qeyri-ixtiyari olaraq qısa “e” səsi çıxardığını, sonra isə nitqini davam etdirdiyini əks etdirən video fraqment yayılıb.

Yanvar ayında Tramp mətbuat konfransı zamanı da anlaşılmaz səslər çıxarmağa və üzünü qəribə ifadələrə salmağa başlamışdı. Yayım görüntülərində Amerika liderinin respublikaçı konqresmenlər qarşısında çıxışı zamanı nəsə deməyə çalışdığı, lakin nitqinin anlaşılmaz sözlər yığınına çevrildiyi görünürdü. Tramp anlaşılmaz səslər çıxarır və cümləsini tamamlamadan fasilələr verirdi. Buna görə də onun bu şəkildə nə demək istədiyi məlum deyil.

Oktyabrın 16-da Tramp səhhətində çox ciddi problemlərin olduğunu bəyan edib, lakin daha sonra bunu zarafata çevirib. O, spirtli içki qəbul etmədiyini, siqaret çəkmədiyini və narkotik vasitələrdən istifadə etmədiyini bildirib və qeyd edib ki, bunları etmədikdə problem də yaranmır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm