ABŞ
Qadın huşunu itirdi, Vens mitinqdə çıxışını dayandırdı
ABŞ-ın vitse-prezidenti Cey Di Vens tərəfdarlarından birinin huşunu itirməsi səbəbindən mitinqi dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Nebraska ştatındakı çıxışı zamanı Vensin arxasında, tribunada dayanan qadın qəfildən huşunu itirərək yerə yıxılıb. Qadına yardım göstərildiyi müddətdə siyasətçi çıxışını dayandırıb. Bir müddət sonra Vens tərəfdarına dəstək üçün dua edib.
Qadına hüquq-mühafizə orqanlarının əməkdaşları yardım göstərib, digər iştirakçılar isə onun ətrafında plakatları yelləyiblər. Vens əməkdaşlarına tibb işçisi tapmağı tapşırıb. Daha sonra siyasətçi tərəfdarının vəziyyətini yoxlamaq üçün özü tribunaya qalxıb.
“Tanrıya şükürlər olsun ki, onun vəziyyəti yaxşıdır. Ola bilsin, onu təcili yardımla aparmaq lazım gəlsin”, – deyə o əlavə edib.
Vens bildirib ki, qadın onun mitinqində ilk dəfə iştirak etdiyini etiraf edib. Vitse-prezident səhnəni tərk edərək geri qayıdacağına və çıxışını davam etdirəcəyinə söz verib.
Qeyd edək ki, ABŞ-ın hakim partiyasının nümayəndələri noyabrın 3-nə təyin edilmiş Konqres seçkiləri ərəfəsində tərəfdarları qarşısında çıxış etmək üçün ölkənin müxtəlif ştatlarına səfərlər edirlər.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi







.jpg)





.jpg)

.jpg)


.jpg)
















