Tramp Ukrayna üçün Maskdan görün nə istədi...
Bizi izləyin

ABŞ

Tramp Ukrayna üçün Maskdan görün nə istədi...

Tramp Ukrayna üçün Maskdan görün nə istədi...

Ağ Evin rəhbəri Donald Tramp "SpaceX" şirkətinin baş direktoru İlon Maska müraciət edərək onu Ukrayna hərbçiləri üçün "Starlink" peyk sisteminin fəaliyyətinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələr istinadla məlumat yayıb.

“Amerikalı rəsmilərin sözlərinə görə, Tramp Maskla telefonla danışaraq "SpaceX" rəhbərinin daha əvvəl Ukraynada hərbi təyinatlı "Starlink" sisteminin işini ləngitdiyi məhdudiyyətləri aradan qaldırmağa çağırıb”, – deyə məlumatda qeyd olunub.

Nəşrin həmsöhbətləri vurğulayıblar ki, ABŞ Prezidenti bu həftənin əvvəlində müşavirlərinə və müttəfiqlərinə Ukraynada "Starlink" sisteminin fəaliyyətinin ləngidilməsini dayandırmaq niyyətində olduğunu bildirib.

WSJ-nin mənbələri dəqiqləşdiriblər ki, ABŞ lideri ilə Mask arasında baş tutan telefon danışığından qısa müddət sonra "Starlink" daha yaxşı işləməyə başlayıb. Bəzi mənbələr isə sistemin bütün funksiyalarının tam bərpa olunmadığını bildiriblər. Mask və "SpaceX" vəziyyətlə bağlı şərh vermək xahişinə hələ cavab verməyiblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm